İsrailin şimal bölgələrinin Livan ərazisindən atəşə tutulması nəticəsində iki İsrail sakini yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun "Telegram" kanalı məlumat yayıb.

Ümumilikdə İsrailə təxminən üç mərmi atılıb. Onlardan bəziləri raketdən müdafiə sistemləri tərəfindən məhv edilsə də, bəzi mərmilər İsrail ərazisində partlayıb.

Ağarza Elçinoğlu