Papua-Yeni Qvineya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 40,2 min nəfər əhalisi olan Arava şəhərindən 67 km cənubda, 50 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.