"Azərbaycanın bütün ərazisində keçirilən parlament seçkisinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "X" hesabında yazıb.
"Müstəqilliyinin bərpasının 33-cü ildönümündə qardaş Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda keçirilən parlament seçkisinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir. Ümid edirik ki, seçkinin nəticələri və Milli Məclisin yeni tərkibi qardaş Azərbaycan xalqına və dövlətinə xeyirli olacaq", - o qeyd edib.
Bağımsızlığının yeniden kazanılmasının 33. yılında kardeş Azerbaycan’ın işgalden kurtarılan Karabağ dahil topraklarının tamamında gerçekleştirilen milletvekili seçimlerinin huzur ve güven içerisinde tamamlanmasından büyük bir memnuniyet duyuyoruz.
— Cahit Bağcı (@cahitbagci) September 2, 2024
Seçim sonuçlarının ve oluşacak…