Bakıda oğurlandığı iddia edilən yeniyetmə tapıldı Bakıda itkin düşən 17 yaşlı Sevda Marat qızı Şaymuradova tapılıb.

Bununla bağlı "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, yeniyetmənin ailəsi onun oğurlandığını iddia etmişdi.