Məhkəmə iranlı bloggeri "X"dakı paylaşımına görə 12 il həbs cəzasına məhkum edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məhbusun vəkili açıqlama verib.
Belə ki, blogger Hossein Şanbəxzadə iranın Ali lideri Ayətullah Xameneinin paylaşımına cavab olaraq paylaşdığı 1 cümləlik tvitinə görə həbs olunub. Onun tvitinə təxminən iki dəfə çox bəyənmə gəlib. Həbs edildikdən az sonra Şanbəxzadənin "X" sosial şəbəkəsindəki hesabı deaktiv edilsə də, adı uzun müddət fars dilində "məşhur"lar bölməsində qalıb.
Qeyd edək ki, Şanbəxzadə sosial şəbəkələrdə hakimiyyəti açıq və cəsarətli tənqid etməsi ilə tanınır. Blogger daha əvvəl də 2019-cu ildə keçirilən etiraz aksiyalarında "ibadətgahları və İslam Respublikasının liderini təhqir etmək" ittihamı ilə həbs edilmişdi. Bu dəfə o, “İsrailpərəst və rejim əleyhinə təbliğat fəaliyyəti”, "İslam ziyarətgahlarını təhqir etmək" və sosial şəbəkələrdə "yalan məlumat yaymaq"da ittiham olunub.
Zərifə Nağıyeva