Ötən gecə Moskvanın Patriarx küçəsində restoranda silahlı insident baş verib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisəni törədən şəxs artıq saxlanılıb.
Bildirilir ki, insidenti törədən kişi Bakıda anadan olub.
"Azərbaycan vətəndaşı, Bakıda anadan olan Moskva vilayətinin Lenin şəhər sakini 33 yaşlı Dmitri X. tərəfindən həyata keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərindən iki travmatik tapança tapıblar, adamın isə yalnız bir silah qeydiyyatı olub. Dmitri artıq avtomobil oğurluğu və iqtisadi fırıldaqçılıqda şübhəli bilinir", - mıəlumatda deyilir.
Qeyd edək ki, sentyabrın 1-də Dmitri dostları ilə “Aist” restoranında qonaqlarla mübahisə edib və havaya atəş açmağa başlayıb. Həmin şəxs həbs olunarkən sərxoş olub. Münaqişənin qalan iştirakçıları avtomobillə hadisə yerini tərk ediblər.
Gülayə Mecid