""Artsax"ın ləğvi bizim imzalamalı olduğumuz yalan tezisdir".
"Unikal" xəbər verir ki, bunu Qarabağda ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan deyib.
"Həmin sənədə gəlincə, ictimaiyyətimizə bildirmək istəyirəm ki, biz əvvəldən həmin sənədin konstitusiyaya zidd, qeyri-qanuni olduğunu, həmin sənədin hüquqi qüvvəyə minmədiyini, hansı ki, ondan sonra sənədi normativ akt hesab etmək olar, eləcə də rəsmi dərc edilmədiyini bildirdik.
Həmin sənədlə bağlı qərar qəbul etmişik, mən bu barədə Ermənistan hökumətinə, baş nazirə əlavə edilmiş sənədlərlə yazılı şəkildə məlumat vermişəm. Bu gün həmin sənədin etibarlılığından danışmaq mənasızdır və reallığa uyğun gəlmir", - deyə o qeyd edib.
Şahramanyan əlavə edib ki, artıq Ermənistana köçən hər kəs Azərbaycana inteqrasiya etmək istəmir.
O, Nikol Paşinyanla görüşmədiyini və onunla görüşməyə cəhd etmədiyini bildirib: "Həmin görüşün baş tutması təbii bir hadisə olmalıdır. Amma indiyə qədər görüşməmişik. Ermənistan hökumətinin hansı məsələlər paketini müzakirə etdiyini bilmirəm. Biz Ermənistan hökumətinə heç bir təklif təqdim etməmişik".
Ağarza Elçinoğlu