"Ermənistan hakimiyyəti Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyir".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Eyni şəkildə 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycanın bir neçə sammitində bağlanmış üçtərəfli sazişlərin də geriləməsindən indi narahatıq. Mən nəqliyyat əlaqələrinin bərpasını qeyd etdim və bununla məşğul olan üçtərəfli komissiyanı da...Lakin o, artıq praktiki olaraq işləmir", - Lavrov qeyd edib.
Gülayə Mecid