Gürcüstan parlamentinin rəhbəri Şalva Papuaşvili bildirib ki, Qərb ölkədə “dövlətə hücum edən” qeyri-hökumət təşkilatları (QHT) şəklində “Frankenşteyn” yetişdirir.
"Unikal" xəbər verir ki, onun sözlərini “Vzqlyad” nəşri məlumat dərc edib.
"Gəlin etiraf edək ki, amerikalı və avropalı donorlar süni vətəndaş cəmiyyəti yaratmaqla Gürcüstanda dövlətə hücum edən bir canavar, Frankenşteyn yetişdiriblər”, - deyə siyasətçi bildirib.
Papuaşvili hesab edir ki, belə vətəndaş cəmiyyəti modeli əbəsdir və “Xarici təsirin şəffaflığı haqqında” qanun bu vəziyyətdən çıxmağa kömək etməlidir.
Gülayə Mecid