Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən "Unikal"a verilən məlumata görə, xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan cənub-qərb küləyi sabah səhər saatlarına kimi davam edəcək.
Küləyin sürətinin 18-23 m/s, arabir isə 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0m. çatacağı proqnozlaşdırılır.