Avstriyada neyrocərrah kiçik qızına əməliyyat zamanı xəstənin kəllə sümüyündə deşik açmağa icazə verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanvar ayında baş verən hadisədə Avstriyada meşəlik ərazidə kəllə-beyin travması alan bir şəxs təcili yardım helikopteri ilə ölkənin cənub-şərqindəki Qraz Universiteti Xəstəxanasına gətirilib.
İddiaya görə, adı açıqlanmayan neyrocərrah 13 yaşlı qızını hadisədən sonra əməliyyat olunan 33 yaşlı xəstənin əməliyyatına aparıb və azyaşlı qızına xəstənin kəllə sümüyündə deşik açmağa icazə verib. Əməliyyatın yaxşı keçdiyi, lakin xəstənin müalicəsinin davam etdiyi bildirilib.
Bunun fonunda anonim şəxs vasitəsi ilə Qraz Prokurorluğuna hadisə barədə məlumat verilib. Xəstənin vəkili cərrahiyyə qrupunu məhkəməyə verib və həkimdən təzminat tələb edib. May ayında əməliyyatı həyata keçirən neyrocərrah və mütəxəssis həkim işdən çıxarılıb. Əməliyyata qatılan digər 5 nəfər haqqında isə istintaq açılıb.
Gülayə Mecid