Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze İrəvanda Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşü zamanı bildirib. 

Ermənistan və Gürcüstan arasında əlaqələrin dərinləşdiyini qeyd edən Simonyan parlament təmaslarının aktivləşdirilməsi üçün yeni formatların hazırlanması təklifi ilə çıxış edib.

Tərəflər həmçinin Ermənistan-Gürcüstan gündəliyi ilə bağlı və regional maraq doğuran müxtəlif digər məsələləri də müzakirə ediblər.

Ağarza Elçinoğlu