Rusiyanın son vaxtlar hava zərbələrini gücləndirdiyi Xarkovda 14 yaşlı qız parkda skamyada oturarkən hücumların hədəfinə çevrilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qızcığaz anasının gözləri qarşısında qəlpələrə tuş gələrək dünyasını dəyişib.
Hücum zamanı qızın başı kəsilib, skamyanın ətrafı qan gölünə çevrilib. Hadisə yerində olan anası dəhşətli ölüm qarşısında əsəb böhranı keçirərək “Onun cəmi 14 yaşı var idi” deyə qışqırıb.
Polis hadisə yerini mühasirəyə alaraq qızın cansız meyitini çantaya qoyub və morqa aparıb. Yeniyetmənin dəhşətli ölümü Ukraynada sosial mediada böyük reaksiyaya səbəb olub.
Gülayə Mecid