Nigeriyada həftələrdir davam edən leysan yağışları nəticəsində meydana gələn daşqınlarda həyatını itirənlərin sayı 192-yə yüksəlib.
"Unikal" xəbər verir ki, Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) sözçüsü Ezekiel Manzo verdiyi açıqlamada ölkənin 29 əyalətində davam edən leysan yağışlar səbəbindən daşqınların baş verdiyini bildirib.
NEMA-nın verdiyi açıqlamada indiyədək ciddi daşqınların əksəriyyətinin ölkənin şimalında baş verdiyi, yüzlərlə insanın xəsarət aldığı, 107 min 600 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəydiyi qeyd edilib.
Nigeriyanın Su Nazirliyi ölkənin bəzi bölgələri üçün güclü yağış və daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Seymur Əli