Rusiya Fedrasiyasının Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri üçün hələ dəqiq tarix yoxdur.

"Unikal" xəbər verir ki,  bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

"Xeyr, dəqiq tarixlər hələ razılaşdırılmayıb", - deyə Peskov Putinin Türkiyəyə səfərinin tarixləri ilə bağlı sualı cavablandırıb.

Türkiyənin BRICS-ə üzv olmaq üçün müraciət etməsi ilə bağlı xəbərlərə münasibət bildirən Peskov, Ankaranın bu təşkilata çoxdan maraq göstərdiyinə və daha əvvəl də bu təşkilata qoşulmaq istəyini bəyan etdiyinə diqqət çəkib.

Xatırladaq ki, iyulun 3-də Rəcəb Tayyib Ərdoğan Astanada danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putini yaxın vaxtlarda Türkiyədə gözlədiyini bildirmişdi.

Gülayə  Mecid