Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Böyük Britaniya İranın bir qurumuna və 3 fiziki şəxsə sanksiya tətbiq edib.
Bildirilib ki, Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin 700-cü bölməsinə və İran hökumətinin düşmənçilik fəaliyyətində iştirak edən üç iranlı şəxsə qarşı sanksiyalar tətbiq edib.