Əfqanıstanın paytaxtı Kabildə terror hücumu nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Kabil Polis Departamentinə istinadən “Khaama Press” məlumat yayıb.

Hadisə Kabilin cənub-qərbində baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, polis hadisəni araşdırır.