“Ukrenerqo” milli enerji şirkətinin rəhbəri Vladimir Kudritski vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.
"Energetika sektorunun ən adekvat adamlarından biri - "Ukrenerqo"nun rəhbəri işdən çıxarıldı", - deputat öz "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Kudritskinin işdən çıxarılmasının əsl səbəbi ayrı-ayrı şəxslərin, o cümlədən Ukrayna prezidentinin aparat rəhbərinin müavini Rostislav Şurma və energetika naziri German Qaluşenkonun bütün maliyyə axınlarını öz əllərində cəmləşdirmək istəyidir. “Korrupsiya piramidasının tikintisi başa çatmış hesab edilə bilər”, - deyə Jeleznyak əlavə edib.