Bütün Kursk vilayətində raket təhlükəsi elan edilib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov özünün Teleqram kanalında məlumat verib.
Qeyd edək ki, açıqlamada “Evdəsinizsə, möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmalısınız. Küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin” ifadələrindən istifadə edilib.
Fidan Nuriyeva