Böyük Britaniyadakı bəzi şirkətlər İsrailə silah satışını dayandıracaq.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər naziri David Lammy İsrailə verilən 350 silah ixracı lisenziyasından təxminən 30-nun dayandırılacağını bildirib.
Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Gallant böyük üzüntü hiss edərək bu qərarın İsrailin "7 fərqli cəbhədə döyüşdüyü" dövrə təsadüf etdiyini bildirdi.
Fidan Nuriyeva