Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.