Bir sıra cinayətlərdə təqsirləndirilərək həbs edilən Dağıstanın keçmiş bədən tərbiyəsi və idman naziri Maqomed Maqomedov cinayət işi çərçivəsində nazirliyin əməkdaşlarını hədələyib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Bildirilir ki, Maqomedov nazir vəzifəsindən azad edilməsinə baxmayaraq, nazirlik işçilərinə müxtəlif tapşırıqlar verib. Belə ki, eks-nazir ona tabe olmadıqları təqdirdə əməkdaşları hədələyib və birgə müdafiə xətti hazırlamaq üçün sənədləri saxtalaşdırmağı tapşırıb.
Qızılyurtun keçmiş rəhbəri və Dağıstanın keçmiş idman naziri 2023-cü ilin payızında xüsusilə irimiqyaslı mənimsəmə işinin istintaqı çərçivəsində saxlanılıb. Bundan başqa, Maqomedov xidməti vəzifəsindən istifadə edərək terrorçuluq fəaliyyətinə şərait yaratmaqda, bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı ümumi təhlükəli şəkildə repressiya etməkdə, mövqeyindən sui-istifadədə ittiham olunur.
KİV-də yer alan məlumata görə, Dağıstanın keçmiş idman naziri Maqomed Maqomedovun cinayət işi üzrə ibtidai istintaqın müddəti noyabr ayına qədər uzadılıb.
Gülayə Mecid