Çinin Şandun əyalətində avtobusun bir qrup uşağı məktəbin girişində vurması nəticəsində 10-dan çox adam ölüb, 13 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
"Hazırda ümumilikdə 11 nəfər ölüb (o cümlədən 6 valideyn və 5 şagird), 1 nəfərin vəziyyəti ağırdır, 12 nəfərin həyati əlamətləri stabildir", - məlumatda deyilir.
Materialda deyildiyi kimi, orta məktəbin girişində məktəb avtobusu yolun kənarında olan bir qrup şagirdi vurub. İlkin ehtimala görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. O, hazırda saxlanılıb.
Gülayə Mecid