Dəniz səviyyələrindəki dəyişikliklər kiçik ada dövlətləri üçün ekzistensial riskdir.
"Unikal" xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da COP29 prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, son 10 ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfə çox sürətlə qalxıb:
"İqlim dəyişikliyi ilə bağlı fəsadlar tez-tez baş verir. Buna görə də biz COP29-da iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir".