Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Cinayət Məhkəməsini (ICC) hüquqi cəhətdən etibarsız adlandırıb.
"Unikal" xəbər verir ki, siyasətçi bu barədə "Telegram" kanalında yazıb.
O xatırladıb ki, Avropa İttifaqının nümayəndələri Monqolustana Rusiya prezidenti Vladimir Putinin səfəri ilə bağlı “narahatlıqlarını” bildiriblər, çünki dövlət BCM-nin üzvüdür.
Medvedevin fikrincə, Putinin həbsinə dair orderi icra etməyə çalışan BCM hakimləri hazırda Rusiya liderinin Ulan-batorda olduğuna görə "dəli olublar".
Gülayə Mecid