Bakı Beynəlxalq Avtovağzal Kompleksinin perron hissəsində mövcud müvəqqəti saxlama kameraları sərnişinlərin rahatlığını təmin etməyə hesablanıb.

"Unikal" xəbər verir ki, iş saatları səhər 7-dən gecə 00:00- a qədər nəzərdə tutulan saxlama dolablarında əşyalarınızın təhlükəsizliyinə və toxunulmazlığına əmin ola bilərsiz. Daimi kamera müşahidəsi ilə təmin olunan dolablarda saxlama qiymətləri də olduqca uyğundur. 

Yüklərinizi:
* 0-3 saat - 1 azn
* 3-6 saat - 2 azn
* 6-9 saat - 3 azn
* 9-24 saat - 4 azn
 tariflərə uyğun saxlaya bilərsiz.

Qeyd:
Saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən, odlu müxtəlif silahlar qəbul olunmur.