Ermənistan Xarici İşlər Nazirliyi gələcək Naxçıvan-Sünik-Azərbaycan marşrutuna nəzarətin özəl şirkətə verilməsi məsələsinin Bakı ilə müzakirə olunub-olunmamasını şərh etmir.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN açıqlayıb.
"Ermənistan Respublikası suverenliyə və milli yurisdiksiyaya hörmət, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında qurulmuş baxışa əsaslanaraq regional kanalların blokdan açılması prosesində konstruktiv şəkildə iştirak edir", - nazirlikddən bildirilib.
Bundan əvvəl politoloq Sergey Melkonyan bəyan etmişdi ki, xarici işlər nazirləri səviyyəsində son görüşdə Ermənistan və Azərbaycan gələcək kommunikasiyalara nəzarətin beynəlxalq özəl mühafizə şirkətinə verilməsi imkanını müzakirə ediblər.
Avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını alçaltmadan və şübhə altına almadan Naxçıvanı Azərbaycanla birləşdirən yollar verməyə hazırdır.
Ağarza Elçinoğlu