Katoliklərin ruhani lideri olan Papa Fransisk 2013-cü ildə seçildikdən sonra ən uzun səyahətinə hazırlaşır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Papanın dörd Asiya ölkəsini əhatə edəcək və 12 gün davam etməsi planlaşdırılan səfəri papanın ən uzun xarici səfərlərindən biri olacaq.
Roma Papasının Cənub-Şərqi Asiya və Cənubi Sakit Okeanın dörd ölkələrinə səfər edəcəyi bildirilib. Bu səfərlər çərçivəsində 87 yaşlı Papa İndoneziya, Papua Yeni Qvineya, Timor Leste və Sinqapura gedəcək.
Bu səfərin, həmçinin, Papanın xaricə ən uzun səfərlərindən biri olacağı və Papa Fransisin 2013-cü ildə seçildikdən sonra qət etdiyi ən uzaq coğrafi məsafə (32.814 kilometr) olacağı bildirilib.
Səfər Papaya öz papalığının dinlərarası dialoq və ətraf mühitin mühafizəsi kimi əsas məsələlərini vurğulamağa imkan verəcək.
Zərifə Nağıyeva