Filippində güclü tropik "Yagi" qasırğası nəticəsində azı 13 nəfər ölüb, daha 4 nəfər itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  

Meteoroloqların məlumatına görə, Filippin dənizində meydana gələn tufan Aurora əyalətinin şimalında, 27 mindən çox əhalisi olan Casiquran şəhəri yaxınlığında quruya düşüb. Güclü külək və yağış səbəbindən şəhər işıqsız qalıb.

Çərşənbə axşamı səhər saatlarında fırtına Luzon adasını keçib və mərkəzi İlokos əyalətinin şimalındakı Laoaq şəhəri yaxınlığındakı sahil sularında olub.