4 sentyabr saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.
Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - agentlik qeyd edib.