Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, yumurtanın müntəzəm istehlakı qadınlarda nitqin səlisliyini yaxşılaşdırır.
"Unikal" xəbər verir ki, tədqiqatın nəticələri "Nutritional Neuroscience" (NutriNeuro) jurnalında dərc olunub.
Araşdırmada 55 yaşdan yuxarı 357 kişi və 533 qadın iştirak edib. Bütün subyektlər koqnitiv qabiliyyətləri - yaddaş, diqqət, zehni çeviklik, nitqin səlisliyi və intellektin digər göstəricilərini qiymətləndirmək üçün bir sıra testlərdən keçiblər. Alimlər həmçinin könüllülərdən xəstəlikləri, həyat tərzi və qidalanmaları, o cümlədən yumurta istehlakı haqqında məlumat vermələrini xahiş ediblər.
Xətti reqressiya üsullarından istifadə edərək, tədqiqatçılar dörd il ərzində yumurta qəbulu ilə koqnitiv skorlardakı dəyişikliklər arasındakı əlaqəni araşdırıblar. Təhlil göstərdi ki, müntəzəm olaraq yumurta yeyən qadınların şifahi rəvanlıq göstəriciləri digər iştirakçılara nisbətən daha yüksək olub. Bununla belə, daha çox yumurta yemək kişilərdə digər koqnitiv ölçülərə və ya psixi sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.
Gülayə Mecid