Ədliyyə naziri Fərid Əhmədov 26 sentyabr 2024-cü il tarixində Göygöl rayonunda Göygöl, Daşkəsən, Samux, Goranboy, Naftalan və Xocalı rayon sakinlərini qəbul edəcək.
"Unikal" xəbər verir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 25 sentyabr tarixinədək Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi 52, əlaqə telefonu +994 22-254-45-15, +994 22-254-48-15) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.
Həmçinin, vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.