Qazlı və qazsız su bədəni nəmləndirməkdə eyni dərəcədə təsirlidir. Ancaq birincisi bəzi hallarda sidik və həzm sistemlərinin işini pisləşdirə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Bond Universitetinin (Avstraliya) tədqiqatçıları məlumat yayıblar.
Alimlər izah ediblər ki, qazsız və qazlı su eyni dərəcədə faydalıdır. Bundan əlavə, qazlı suyun sümüklərə və dişlərə zərər verdiyinə dair heç bir sübut yoxdur. Qazlı su öz turşuluğunu artırdığı üçün əslində diş minasını yumşalda bilər, lakin bu təsir şəkəri yüksək olan içkilər və sitrus şirələri içdikdə daha qabarıq şəkildə özünü göstərir.
Tədqiqatçıların fikrincə, qazlı su bəzən mədə pozğunluğuna səbəb ola bilər. Bu, şişkinlik, kramp və narahatlığa səbəb ola biləcək qazların yığılması ilə əlaqədardır.
Gülayə Mecid