"ABŞ Avropada gərginliyin “müğənnisi” rolunu oynayır, dövlətləri hərbi xərcləri artırmağa məcbur edir".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
"Gərginlik yaratmaq prosesində faktiki olaraq aparıcı müğənni Amerika Birləşmiş Ştatlarıdır",- deyən Peskov ABŞ-ın təhlükəsizlik baxımından dağıdıcı rol oynadığını da əlavə edib.
Onun sözlərinə görə, Vaşinqton avropalıları ÜDM-dən iqtisadi dividendlər çıxarmaq üçün onun böyük hissəsini hərbi məqsədlərə xərcləməyə məcbur edir.
Xatırladaq ki, iyul ayında ABŞ administrasiyasının nümayəndələri NATO üzvlərinin “yükün ədalətli bölüşdürülməsi” ilə müdafiə sektoruna xərclərini artıracaqlarına ümid etdiklərini bildirmişdilər.
Rəsmi vurğulayıb ki, Vaşinqton müttəfiqlərindən tələb olunan göstəricilərə - ölkənin ÜDM-nin ən azı 2%-nə nail olmaq üçün planlar gözləyir.
Gülayə Mecid