Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə yeni rəis təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Eldar Nəbiyev SHXÇDX-nin Sabunçu rayon idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Nəbiyev bu təyinatadək SHXÇDX-nin Sabunçu rayon idarəsində həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi olub.

Murad İbrahimli