2024-cü il sentyabrın 2-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə zolağının döyüş mövqeyində hərbçi Edqar Aleksanyanın çənə nahiyəsindən güllə yarası ilə meyiti aşkar edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 

Qeyd olunub ki, iş başlanmış cinayət işi çərçivəsində aparılan genişmiqyaslı inzibati və sübut əməliyyatları nəticəsində işin bir sıra mühüm məqamları üzə çıxıb. Belə ki, digər hərbçi H.E. avqustun 27-dən sentyabrın 2-dək olan müddətdə müxtəlif günlərdə hərbi qulluqçuların hərbi hörmət, davranış, asayiş və nizam-intizamla bağlı münasibətlərinin bir sıra qaydalarını kobud şəkildə pozaraq mütəmadi şəkildə hərbi qulluqçu E.Aleksanyanın şəxsi şərəf və ləyaqətini alçaldıb, ona qarşı fiziki zorakılıq tətbiq edib. 

Çıxılmaz vəziyyətdə qalan Aleksanyan 2024-cü il sentyabrın 2-də döyüş mövqeyində müşahidəçi vəzifəsini yerinə yetirərkən “AKM” tipli avtomatdan çənəsindən 1 dəfə atəş açaraq intihar edib. 

Əldə edilmiş kifayət qədər faktlar əsasında H.E. Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Ağarza Elçinoğlu