Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhid övladları ilə görüşüb. Görüşdə şəhər rəhbəri ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib, onlara uğurlar arzulayıb və hədiyyələr təqdim edib.

"Unikal" xəbər verir ki, görüşdə şəhid Ramiz Cəfərovun qızı Nərgiz Cəfərova, şəhid Ramil Ağayevin qızı Aysun Ağazadə və şəhid Vüqar Yusifovun qızı Ayan Yusifzadə iştirak ediblər.

Qeyd edək ki, 21 nömrəli məktəbin məzunları Nərgiz Cəfərova Xəzər Universitetinə, Aysun Ağazadə Azərbaycan Dövlət İqtisad Universitetinə, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyin məzunu Ayan Yusifzadə isə  Azərbaycan Tibb Universitetinə qəbul olub.