“Beşiktaş” Joao Marionun müvəqqəti transferi üçün Portuqaliyanın "Benfika" klubu ilə razılaşdığını açıqlayıb.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, peşəkar futbolçu Joao Mario 2024-25 mövsümünün sonuna qədər satın alma opsiyasına malikdir.
Qeyd edək ki, 31 yaşlı portuqaliyalı yarımmüdafiəçi ötən mövsüm "Benfika"nın heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə edib. O, 2014-cü ildən bəri isə Portuqaliya Milli Futbol Komandasında 56 dəfə meydana çıxıb.
Fidan Nuriyeva