Rusiya Ukraynada öz məqsədlərinə dinc yolla nail olmaq istəyirdi, lakin Qərb hakimiyyəti danışıqlara müqavimət göstərdiyi üçün xüsusi hərbi əməliyyat keçirməyə məcbur oldu.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, xüsusi əməliyyat kollektiv Qərb ölkələri və Ukrayna dialoqla bağlı hər hansı təklifi rədd etdikdən sonra həyata keçirilməli olan ekstremal tədbirdir: "Rusiya hakimiyyəti üçün əsas odur ki, lazımi məqsədlərə nail olsun və hansı üsullarla fərqi yoxdur. Xüsusi hərbi əməliyyat Ukraynanın danışıqları rədd etdiyi üçün son çarə oldu".
Peskov həmçinin qeyd edib ki, Rusiya dövlət başçısı Vladimir Putin həmişə Moskvanın danışıqlara hazır olmasından danışıb.
Ağarza Elçinoğlu