Astroloqlar 5 sentyabr 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnnozları təqdim edir:

Qoç:
Bu gün diqqətinizi həyat yoldaşınıza yönəldə bilərsiniz. Məsul olduğunuz məsələlərdə mübarizə aparmağınız lazım gələ bilər. Güclü insanlarla birlikdə ola bilərsiniz. İkitərəfli münasibətlərinizi balanslı tutmağa çalışmalısınız. Yığılmış işlərinizi tənzimləmək üçün doğru gündür.

Buğa:
Bu gün məsuliyyət daşıdığınız məsələlərdə çətinlik çəkə bilərsiniz. Xaricilərlə bağlı işlərlə məşğul ola bilərsiniz. Günorta saatlarında emosional pozğunluqlar yaşaya bilərsiniz. Sizi çətinliyə salan hallar ola bilər. Xidmət aldığınız insanlarla münasibətləri yaxşı saxlamaq fayda var.

Əkizlər:
Bu gün zövq aldığınız şeylərə diqqət yetirmək istəyə bilərsiniz. Eşq həyatınız gündəminizə təsir edəcək. Özünüzü rahat ifadə edə biləcəyiniz dostlarınızla vaxt keçirməyiniz sizin üçün yaxşı olacaq. Övladlarınızla bağlı problemlər gündəminizdə olacaq.

Xərçəng:
Bu gün ev həyatınızla bağlı məsələlərlə maraqlana bilərsiniz. Təhlükəsizlik məsələləri gündəminizdə olacaq. Torpaq və ya daşınmaz əmlak işləriniz ola bilər. Gün ərzində keçmişlə bağlı məsələlər ön plana çıxacaq. Öz daxili dünyanızı daha yaxşı anlamağa çalışacaqsınız.

Şir:
Bu gün zehni olaraq məşğul gününüz ola bilər. Yaxın dostlar çevrənizdə baş verən hadisələr sizə təsir edəcək. Bacı-qardaşlarınıza vaxt ayıra bilərsiniz.

Qız:
Bu gün yeni başladığınız işlərinizdə səy göstərməyiniz lazım gələ bilər. Xərclərinizlə bağlı məsələlərdə məhdudiyyətlər qoymağınız lazım gələcək. Məsul olduğunuz məsələləri idarə etməkdə çətinlik çəkə bilərsiniz. İşinizdəki uğursuzluqlar əhvalınızı poza bilər.

Tərəzi:
Həssas olduğunuz məsələlər bu gün sizi yora bilər. Sosial məsələlərlə məşğul olmaq və dostlarınızla vaxt keçirmək sizin üçün yaxşı olacaq. Yeni başlanğıclara hazır hiss edəcəksiniz. Fiziki sağlamlığınıza diqqət yetirməlisiniz. 

Əqrəb:
Bu gün məsuliyyət daşıdığınız məsələlərdə gecikmələr ola bilər. Rutin işlərinizi tamamlamaq daha yaxşı olacaq. Bəzi hadisələri qəbul etməli ola bilərsiniz. Yeni öhdəliklər götürmək üçün münasib gün olmaya bilər. Səbirli olmaq sizin üçün faydalı olardı.

Oxatan:
Bu gün gələcəyinizlə bağlı planlarınızı həyata keçirmək istəyə bilərsiniz.Siz həmçinin bəzi aspektlərdə məhdudlaşdırıla bilərsiniz. Dostlarınızla proqramlar hazırlaya bilərsiniz. Məsul olduğunuz məsələlərdə mübarizə aparmalı ola bilərsiniz. Alacağınız yardımla məsuliyyətlərinizin öhdəsindən gələcəksiniz.

Oğlaq:
Bu gün iş həyatınızda güclü insanlarla görüşə bilərsiniz. Məsul olduğunuz işlərdə yeni başlanğıclar olacaq. Gün ərzindəki problemlərin sevincinizi korlamasına imkan verməməlisiniz. Emosional olaraq mübarizə içində ola bilərsiniz. Rəhbərlərinizlə bağlı məsələlərə daha sakit yanaşmağa çalışın.

Dolça:
Bu gün yeni şeylər öyrənmək fürsətiniz ola bilər. Sosial məsələlər bu gün sizi daha çox maraqlandıra bilər. Fərqli işlərə diqqət yetirmək istəyə bilərsiniz. Hüquqi məsələlərlə maraqlana bilərsiniz.

Balıqlar:
Bu gün məsuliyyət daşıdığınız məsələlərdə axsamalar sizi narahat edə bilər. Ortaq olduğunuz işlərdə özünüzü narahat hiss edə bilərsiniz. Bəzi məsələləri həll etmək və istiqamət qazanmaq üçün səy göstərəcəksiniz. Gün ərzində mübahisəli vəziyyətlər yarana bilər. Sakit qalmağınızda fayda var.

Zərifə Nağıyeva