"1945-ci ildən sonra Almaniyada Adolf Hitlerin partiyasının nümayəndələri ilə birlikdə olduğu kimi, Gürcüstan da eks-prezident Mixail Saakaşvilinin əsasını qoyduğu keçmiş hakim “Vahid Milli Hərəkat” partiyası ilə bağlı müxalifətdən qurtulmalıdır"
"Unikal" xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Beləliklə, almanlar bir vaxtlar bu bəladan asanlıqla və sərt şəkildə xilas olduqları kimi, biz də ölkəmizi kollektiv milli hərəkatdan xilas etməliyik”, - deyə hökumət başçısı bildirib.
O əlavə edib ki, Saakaşvilinin partiyası hakimiyyətə qayıdarsa, Gürcüstanın Avropa perspektivləri yox olacaq.
Gülayə Mecid