Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

"Unikal" xəbər verir ki, SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu üzmədə çıxış edib.

O, ilk "8-liy"ə düşdüyündən həlledici raunda da vəsiqə qazanıb. İsrafilov 1 dəqiqə 5.82 saniyə ilə 16 iştirakçı arasında üçüncü olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.