Rusiyanın Maqnitoqorsk şəhərində FSB əməkdaşları Orconikidzevski polis idarəsinin rəisi, polkovnik-leytenant Konstantin Penzin və onun müavini, polkovnik-leytenant Kayrat Burantayevi saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, onlar qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamından 77 min rubl (1493 AZN) rüşvət almaqda ittiham olunurlar.
İstintaq Komitəsinin və FSB əməkdaşları Penzin və Burantayevin evlərində və ofislərində axtarış aparıblar. Saxlanılan şəxslərə qarşı “Bir qrup şəxs tərəfindən rüşvət alma” və “Vəzifə səlahiyyətlərini aşma” maddələri ilə cinayət işi açılıb
Gülayə Mecid