Sanksiya altında olan rus oliqarxları Mikhail Fridman və Petro Aven Böyük Britaniyanın ən böyük neft hasilatı şirkəti olan "Harbour Energy"nin ortaq sahibi olublar. 

"Unikal" xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Britaniya hökuməti qismən Fridman və Avenə məxsus, sanksiyalara məruz qalmayan "LetterOne" investisiya şirkətinə Şotlandiyanın Aberdin şəhərində yerləşən "Harbour Energy"nin demək olar ki, 15%-ni almağa icazə verib.

Alınma şərtlərinə əsasən, keçmiş bankir və Leyboristlər hökumətinin keçmiş naziri Mervin Daviesin rəhbərlik etdiyi "LetterOne" şirkəti "Harbour Energy"nin mənfəətindən bir pay alacaq və bu, dividendlər şəklində ödəniləcək.

Gülayə Mecid