Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev balta ilə insident törətdiyi "Medera Hospital"ı məhkəməyə verib. Xalq artisti ona dəyən mənəvi zərərin ödənilməsini tələb edir.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən "Medera Hospital"ın rəhbəri Qaraxan Əliyev Ağadadaş Ağayevə qarşı iddia qaldıracaqlarını bildirib:
"Ağadadaş Ağayevin tələbi tamamilə əsassızdır. Əksinə, biz ondan tələb edəcəyik, çünki zərər bizə dəyib.
Mənim işçimin ayağını balta ilə əzib. İşçi hələ də özünə gələ bilmir.
Biz ondan şikayət etməmişdik. İndi isə biz də bu barədə məhkəməyə şikayət edəcəyik", - deyə o qeyd edib.
Xatırladaq ki, hadisə iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.
Murad İbrahimli