Xəbər verdiyimiz kimi, ötən günlərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İsmayıllı rayonunda əməliyyat keçirilib. Əməliyyat nəticəsində Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən Surxayev Cahangir Məhyəddin oğlu saxlanılıb.
"Unikal" Cahangir Surxayevin fotosunu əldə edib.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən C.Surxayev və onunla birlikdə saxlanılan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Seymur Əli