Azərbaycan iki qadın cüdoçusu Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, 48 kiloqramda Könül Əliyeva və 57 kiloqramda Fidan Əlizadə finalda öz rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
60 kiloqram çəkidə mübarizə aparan kişi cüdoçu Nizami İmranov isə həlledici görüşdə uduzaraq gümüş mükafata layiq görülüb.
Qeyd edək ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatına sentyabrın 8-də yekun vurulacaq.
*** 17:41
Azərbaycan cüdoçusu Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.
"Unikal"ın məlumatına görə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əliyeva Azərbaycanın aktivinə ilk qızıl medalı yazıdırıb.
O, həlledici görüşdə Zilan Ertemi (Türkiyə) məğlub edib.
Finalda Nazar Viskova (Ukrayna) uduzan Nizami İmranov (60 kq) gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.