Misli Premyer Liqasının 5-ci turunda "Zirə" ilə oyundan (3:1) sonra komandanı istirahətə buraxan Qurban Qurbanovun futbolçuları bir araya gətirəcəyi tarix bəllidir.
Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin "Unikal"a verdiyi məlumata görə, "köhlən atlar" sentyabrın 6-dan məşqlərə başlayacaq:
"Milli komandalara çağırılan futbolçular heyətdə olmasa da, komanda adi qaydada məşqlərini davam etdirəcək".
Xatırladaq ki, Misli Premyer Liqasında çıxdığı 4 oyuna 9 xal toplayan "Qarabağ" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.