Polşa prezidenti Anjey Duda 2012-ci ildə Donald Tuskun baş nazirliyi dövründə Rusiya Federasiyası və Polşa kəşfiyyat xidmətlərinin bağladığı sazişi xatırladıb və hökumət başçısının bu əməkdaşlığı davam etdirə biləcəyinə eyham vurub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Duda Polşada casusluğa görə saxlanılan və sonradan dəyişdirilən rusiyalı Pavel Rubtsovun iş materialları ilə tanışlıq prosesində məxfi sənədlərə çıxış əldə edə biləcəyi ilə bağlı xəbərləri şərh edib.

Polşa prezidenti vəziyyəti "maraqlı" adlandırıb. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Rubtsovun “Rusiya agenti” olduğunu bilirdilər. Dudanın sözlərinə görə, agentlər gizli məlumatları “Rusiya xüsusi xidmətinin əməkdaşına” göstərdiklərini başa düşüblər.

“Polşa xüsusi xidmət orqanları ilə Rusiya kəşfiyyat xidmətləri arasında bu əməkdaşlıq həqiqətən də davam edirmi? Çünki belə görünür”, – Polşa prezidenti fikrini yekunlaşdırıb.