İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson bu gün Bakıda Azərbaycan yığmasına qarşı Bakıda keçirdikləri matçdan - Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
"Unikal" xəbər verir ki, 48 yaşlı mütəxəssis 3:1 hesablı qələbəni belə dəyərləndirib:
"Nəticədən razıyam. Kifayət qədər şanslar qazandıq. Bəzi çatışmazlıqlar vardı. Rəqibin də qol epizodları oldu. Hücumda ideal deyildik, amma yaxş fəllıq nümayiş etdirdik. Topu itirəndə komanda yerini tuta bilmirdi. Bunun üzərində işləməliyik. Bakıda belə nəticə qazanmaq xoşdur.
Rəqib penalti vurduğu epizodda qapıçımız əla oynadı. Qapıçının çıxışından razıyam.
Azərbaycana qarşı Bakıda oynamaq çətindir. Ona görə də bu qələbə